Londonda yerləşən “Henley & Partners” konsaltinq şirkəti 2026-cı ilin ən güclü pasportlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, şirkət 227 ölkənin ən güclü pasportlarının illik siyahısını dərc edib.
Siyahının ilk beşliyini təqdim edirik:
192 ölkə və bölgəyə vizasız giriş imkanı olan Sinqapur yenidən birinci sırada yer alıb. Yaponiya və Cənubi Koreya 188 ölkə və ərazi ilə ikinci yeri bölüşüb.
Üçüncü yerdə isə 186 ölkə və ərazi ilə Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə qərarlaşıb.
Dördüncü yeri 185 ölkəyə vizasız giriş imkanı ilə Avstriya, Belçika, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Hollandiya və Norveç tutub.
Beşinci yeri 184 ölkə ilə Macarıstan, Portuqaliya, Slovakiya, Sloveniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bölüşüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 14.01.2026
Dünyanın ən güclü pasportları AÇIQLANDI – SİYAHI
Hazırda oxunan: Dünyanın ən güclü pasportları AÇIQLANDI – SİYAHI
Hazırda oxunan: Dünyanın ən güclü pasportları AÇIQLANDI – SİYAHI
590780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































