ABŞ Qrenlandiyanı neçə ələ keçirəcək? – İki əsas ssenari var

ABŞ Qrenlandiyanı neçə ələ keçirəcək? – İki əsas ssenari var

Hazırda oxunan: ABŞ Qrenlandiyanı neçə ələ keçirəcək? – İki əsas ssenari var

590720

Əgər ABŞ Qrenlandiyanı ələ keçirməyə qərar verərsə, hadisələr iki əsas ssenari üzrə inkişaf edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg nəşri yazır.

Birinci ssenari ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməsidir. Jurnalistlərin yazdığına görə, 1951-ci il tarixli qüvvədə olan müdafiə sazişi “ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunun genişləndirilməsinə ciddi formal məhdudiyyətlər qoymur”, buna görə də Vaşinqton adada əlavə qoşunlar yerləşdirə bilər.
 

“Nəzarət qurulduqdan sonra bu qüvvələr adi fəaliyyət çərçivəsindən kənara çıxaraq adada dövlət funksiyalarını və əsas institutları nəzarətə götürə bilərlər. Məhz məqsədlərin dəyişməsi, yoxsa qoşunların sayı deyil, işğala işarə edən siqnal olar və bu, klassik hərbi müdaxilədən qat-qat az səs-küylə adaya nəzarət imkanı yaradar”, — deyə Bloomberg qeyd edir.


Bununla belə, nəşr ən real ssenari kimi ABŞ-ın Qrenlandiyanı güc yolu ilə ələ keçirməsini göstərir. Lakin bu halda “Danimarka qoşunları müqavimət göstərməyə məcbur qalacaq”, bu isə itkilər riskini artıracaq və “ciddi siyasi nəticələrə” səbəb olacaq.

Bloomberg mümkün başqa variantların da olduğunu yazır. Məsələn, ABŞ-ın adanı satın alması — buna nə Danimarka, nə də Qrenlandiya razıdır. Digər variant kimi Danimarkanın ABŞ-la genişləndirilmiş müdafiə sazişi imzalaması göstərilir; bu saziş amerikalılara adaya “daha geniş çıxış” verə bilər. Bundan başqa, Qrenlandiya Danimarkadan ayrılaraq ABŞ-la razılaşma bağlaya və təhlükəsizlik zəmanətləri və hərbi dəstək qarşılığında amerikalıların adadakı hərbi mövcudluğunu artırmasına icazə verə bilər.

Nəşrin fikrincə, Qrenlandiya üçün “ən yaxşı” çıxış yolu Tramp ilə “Ukrayna modeli üzrə” razılaşma ola bilər. Bu halda Qrenlandiya ABŞ-a nadir torpaq metalları yataqlarına çıxış verə, əvəzində isə təhlükəsizlik zəmanətləri əldə edə bilər. Jurnalistlər hesab edirlər ki, bu, Trampa adanın ilhaqı mövzusundan yayınaraq diqqəti geopolitikadan kommersiya uğuruna yönəltməyə imkan verər.
 

14 yanvar 2026-cı ildə Ağ Evdə Qrenlandiya və Danimarkanın yüksək səviyyəli nümayəndələri ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşəcək. Görüşdə danimarkalılar və qrenlandiyalılar ABŞ-ın “əsl niyyətlərini aydınlaşdırmağa” çalışacaq və amerikalıları Qrenlandiyanı ələ keçirmək planlarından imtina etməyə razı salmağa cəhd göstərəcəklər.


Qrenlandiya ətrafında vəziyyət 2026-cı ilin yanvarında ABŞ prezidenti Donald Trampın adanı ələ keçirmək niyyətini bəyan etməsindən sonra gərginləşib. Adanın baş naziri Yens-Frederik Nilsen Trampın sözlərini “hörmətsiz” adlandırıb və Qrenlandiyanın satılmadığını bildirib. Danimarkanın baş naziri Mette Frederiksen isə ABŞ-ın Qrenlandiyanı ilhaq etməyə cəhd edəcəyi təqdirdə NATO-nun sonunun gələ biləcəyini deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson isə bildirib ki, ABŞ Qrenlandiyaya müharibə elan etməyi və ora qoşun göndərməyi planlaşdırmır. Ağ Evin mətbuat katibi Karolin Levitt isə qeyd edib ki, Tramp ABŞ-ın adanı satın almasını istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO