Trampdan İrana növbəti XƏBƏRDARLIQ - "Yaxın vaxtlarda..." - VİDEO

Trampdan İrana növbəti XƏBƏRDARLIQ - "Yaxın vaxtlarda..." - VİDEO

Hazırda oxunan: Trampdan İrana növbəti XƏBƏRDARLIQ - "Yaxın vaxtlarda..." - VİDEO

590245

“İran hakimiyyəti Vaşinqtonla danışıqlara başlamaq üçün müraciət edib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp “Air Force One”da jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, İran liderləri şənbə günü onunla əlaqə saxlayaraq dialoq təklif ediblər. 

Tramp qeyd edib ki, Tehran–Vaşinqton xəttində vasitəçilik edən Oman rəsmiləri yaxın vaxtlarda İrana səfər ediblər. Ancaq ABŞ prezidenti danışıqlar mövzusunun gündəmə gəlməsindən əvvəl İranda etirazçılara qarşı zorakılığa cavab veriləcəyini vurğulayıb.

Prezidentin sözlərinə əsasən, ABŞ İran rejiminin etirazçılara atəş açmasına biganə qalmayacaq və əvvəlcə nümayişçilərin dəstəklənməsi məsələsi ön planda olacaq. Onun dediklərinə görə, İran hakimiyyəti artıq ABŞ-nin müəyyən etdiyi “qırmızı xətti” keçib. Tramp deyib ki, Vaşinqtonun qarşısında “çox çətin seçimlər” var və bu qərarlar yaxın zamanda veriləcək.

Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib. 

Hazırki nümayişlər İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.

Bundan əlavə, hökumət qüvvələri etirazçılara qarşı odlu silahlardan istifadə edib. Nəticədə yüzlərlə nümayişçinin öldürüldüyü bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO