İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu - VİDEO

İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu - VİDEO

Hazırda oxunan: İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu - VİDEO

590191

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”a məxsus bir neçə hərbi obyektə, o cümlədən silah anbarlarına və istehsal müəssisələrinə yeni hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə ordunun açıqlamasında qeyd olunub.
 

İsrail tərəfi bu addımı “Hizbullah”ın atəşkəs razılaşmasını sistematik şəkildə pozmasına cavab kimi qiymətləndirib. Məlumata görə, bu gün həyata keçirilən zərbələr zamanı hədəf olaraq qruplaşmanın silah gizlətdiyi hərbi şaxtalar və infrastruktur obyektləri seçilib.


Xatırladaq ki, Livan Silahlı Qüvvələri yanvarın 8-də ölkənin cənubunda – Litani çayına qədər olan ərazidə silahlı qrupların tərksilah edilməsi planının birinci mərhələsini uğurla başa vurduğunu elan etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO