ABŞ ordusunun Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirdiyi əməliyyat zamanı naməlum və yüksək texnologiyalı “gizli silahdan” istifadə etdiyi iddia olunur.
MÖVZU İLƏ BAĞLI:
Maduro və həyat yoldaşı belə tutulub - Əməliyyatın DETALLARI
Bizim.Media xəbər verir ki, bu barədə “New York Post” qəzeti Maduronun mühafizə xidmətinin əməkdaşının ifadələrinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yanvarın 3-də baş tutan əməliyyat zamanı ABŞ xüsusi təyinatlıları radar sistemlərini sıradan çıxararaq müdafiə nöqtələrini dronlarla “kor” ediblər. Lakin ən diqqətçəkən məqam əməliyyatın son mərhələsində istifadə olunan dalğa silahı ilə bağlıdır.
O söyləyib ki, Amerika helikopterləri əraziyə yaxınlaşdıqda güclü səs dalğası yaradan qurğudan istifadə ediblər:
“Başımın içəridən partladığını hiss etdim. Ətrafımdakı əsgərlər burunlarından qan gələrək yerə yıxıldılar və qan qusmağa başladılar. Heç kim ayağa qalxa bilmirdi”.
Qəzet yazır ki, təsvir edilən əlamətlər mikrodalğalı və ya yönləndirilmiş enerji silahlarına (Directed Energy Weapons) işarə edir ki, bu növ silahlar insan orqanizmində daxili qanaxma və tam hərəkətsizlik yarada bilir.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və xanımı Siliya Flores həbs ediliblər.
Bizim.Media































































































