Pezeşkian: “Xalqı dinləməyə və islahatlar aparmağa hazıram”

Pezeşkian: “Xalqı dinləməyə və islahatlar aparmağa hazıram”

Hazırda oxunan: Pezeşkian: “Xalqı dinləməyə və islahatlar aparmağa hazıram”

590175

"İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır".

Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya ilə müraciətində bildirib.
 

"Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa və iğtişaşların qızışdırıcılarının mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq", - deyə o bildirib.


Pezeşkian etirazçıların pisləşən iqtisadi vəziyyətlə bağlı narazılıqlarını ifadə etdiklərini, lakin bazarları yandırmadıqlarını və ya cinayət əməlləri törətmədiklərini iddia edib:

"İrandakı iğtişaşlar Amerika və İsrail tərəfindən təşkil olunur və onlar öz agentlərinə vəziyyəti sabitsizləşdirmək əmri verirlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO