İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalının oğlu Fərəcullah Şuştəri Məşhəddəki etiraz aksiyaları zamanı nemayişçilər tərəfindən öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Onun atası, general Nurəli Şuştəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini və SEPAH-ın Cənub-Şərq “Qüds” Qərargahının komandanı olub.
Qeyd edək ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir. Ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb,
etirazlarda yüzlərlə insan yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:37 / 10.01.2026
İranda etirazçılar SEPAH generalının oğlunu öldürdü
Hazırda oxunan: İranda etirazçılar SEPAH generalının oğlunu öldürdü
Hazırda oxunan: İranda etirazçılar SEPAH generalının oğlunu öldürdü
590038
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































