Kanadanın paytaxtı Ottavada 29 yanvardan bəri davam edən Covid-19 pandemiyası ilə bağlı yük maşını sürücülərinin etirazları “ölkə miqyasında ayaqlanma” olaraq dəyərləndirilib.
Bizim.Media bildirir ki, Ottava Polis Heyəti rəisi Diana Deans açıqlamasında “Bu işğalın səkkizinci günündəyik. Şəhərimiz mühasirə altındadır... Bu ölkə miqyasında hərəkat deməkdir. Dəlilikdir. Buna son vermək üçün konkret plana ehtiyacımız var”, - deyib.
Ottava meri Jim Vatson isə şəhərin idarə ediməsinin nəzarətdən çıxdığından dolayı, fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
ABŞ-ın Kanadadakı keçmiş səfiri Bruce Heyman, sosial media hesabında “ABŞ-dakı heç bir qrup heç bir şərt daxilində Kanadadakı dağıdıcı fəaliyyətləri maliyyələşdirməməlidir”, - adı ilə paylaşım edib.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:06 / 07.02.2022
Kanada paytaxtında fövqəladə vəziyyət elan edildi
Hazırda oxunan: Kanada paytaxtında fövqəladə vəziyyət elan edildi
Hazırda oxunan: Kanada paytaxtında fövqəladə vəziyyət elan edildi
59003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.