"Ethiopian Airlines" aviaşirkəti rəsmi olaraq Efiopiyanın Bişoftu şəhərində 12,5 milyard dollar dəyərində yeni beynəlxalq hava limanının tikintisinə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Layihənin tamamlanmasından sonra 2030-cu ildə bu, qitədə ən böyük hava limanı olacaq. Dövlət aviaşirkəti dörd uçuş-eniş zolağı olan hava limanının layihələndirilməsi üçün müqavilə əldə edib.
Hava limanı eyni vaxtda 270-ə qədər təyyarə qəbul edə və ildə 110 milyon sərnişinə xidmət göstərə biləcək, bu da bölgədə aviasiya əlaqələrini və turist axınını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Bizim.Media

































































































