Tramp Putinlə iki tərəfli oyun aparır - NYT

Tramp Putinlə iki tərəfli oyun aparır - NYT

Hazırda oxunan: Tramp Putinlə iki tərəfli oyun aparır - NYT

589692

ABŞ prezidenti Donald Tramp Kremlin siyasətinə münasibətdə getdikcə iki ziddiyyətli sahədə oynayan oyunçu təsiri bağışlayır.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times (NYT) nəşri yazıb.

Mənbə qeyd edir ki, Tramp "Rusiya ilə strateji sabitlik" məqsədini elan etsə də, praktikada onun addımları Moskva ilə münasibətlərin gərginləşməsinə səbəb olur. Bunun bariz nümunəsi – ABŞ hərbçilərinin Şimali Atlantikada Rusiya bayraqlı neft tankerini ələ keçirməsi olub ki, bu, Trampın ikinci dövründə Rusiyaya qarşı ən provokativ əməliyyatlardan biri hesab edilir.

Rəsmi Vaşinqton bunun Venesuela neftinin ixracına qarşı blokada çərçivəsində həyata keçirildiyini açıqlayıb və gəmini "dövlətsiz" adlandırıb. Moskva isə bunu açıq təhqir kimi qəbul edib. Rusiya deputatı Leonid Slutskı hadisəni "XXI əsr piratçılığı" adlandırıb.

İşin mahiyyəti ondadır ki, Tramp şəxsi razılaşmaları Putinə və ABŞ-ın qlobal hərbi üstünlüyünü nümayiş etdirməyə çalışır.

Kennan İnstitutunun direktoru Maykl Kimmec qeyd edir: "Əgər belədirsə, o, Putinə daha çox problem yaradır".

Kreml ilə danışıqlara baxmayaraq, Tramp Ukrayna mövzusunda güzəştə getməyib: ABŞ Kievə kəşfiyyat məlumatlarını ötürməyə davam edir, Avropa isə amerika-avropa mübahisələri fonunda öz müdafiə xərclərini artırır ki, bu da Moskva üçün mənfi siqnaldır.

Xüsusilə Qərb yarımkürəsində Vaşinqtonun mövqeyi sərtdir. ABŞ açıq şəkildə Venesueladakı Rusiya təsirinə qarşı çıxır, yerli hakimiyyətə təzyiq göstərir və sanksiyalar altındakı ölkələrin neft satışında istifadə etdiyi "kölgə donanmasına" zərbələr endirir. Rusiya bayraqlı tankerinin ələ keçirilməsi bu strategiyanın simvoluna çevrilib.

Kreml bu hadisəyə təmkinlə yanaşıb – Putindən heç bir kəskin və təhdid xarakterli açıqlama gəlməyib. Analitiklər hesab edirlər ki, Moskva şüurlu şəkildə gərginliyi aşağı salır, beləliklə Trampla Ukrayna üzrə potensial saziş üçün qapını bağlamır. Eyni zamanda, bu insident Rusiyanın güc yolu ilə vəziyyətə təsir imkanlarının məhdud olduğunu göstərib.

Kimmec bildirilib ki, ABŞ Rusiya bayraqlı Marinera tankerinin ekipaj üzvlərini məhkəməyə verəcək və onların ABŞ-a gətirilərək federal qanun pozuntusu üzrə məsuliyyətə cəlb olunması planlaşdırılır.

Ağ Ev sözçüsü Kerolayn Livitt isə qeyd edib ki, tankerin ələ keçirilməsinə baxmayaraq, Tramp Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinnlə açıq və səmimi münasibətləri qoruyacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO