ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək istəyi ilə bağlı ritorikasının sərtləşdiyi səbəbindən Avropa İttifaqı Ağ Ev rəhbəri ilə birbaşa qarşıdurmaya hazırlaşır.
Bizim.Media xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, Avropa dövlətləri əvvəllər Donald Trampın təhdidlərinin ciddiliyini anlamasalar da onu dayandırmaq üçün plan axtarışındadırlar.
Qeyd edək ki, Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirib. O, 2025-ci ilin may ayında “NBC News” telekanalına müsahibəsində Qrenlandiya məsələsinin həlli üçün güc tətbiqini istisna etməyib. Cari il yanvarın 6-da isə Ağ Ev yazılı açıqlamasında Qrenlandiya ilə bağlı planları şərh edərkən hərbi güc tətbiqinin həmişə Baş Komandanın ixtiyarında olduğunu vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:58 / 08.01.2026
Avropa dövlətləri Trampın təhdidlərini dayandırmaq üçün plan hazırlayır?
Hazırda oxunan: Avropa dövlətləri Trampın təhdidlərini dayandırmaq üçün plan hazırlayır?
Hazırda oxunan: Avropa dövlətləri Trampın təhdidlərini dayandırmaq üçün plan hazırlayır?
589635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































