Avropalı deputat Ursula fon der Lyayeni məhkəməyə verdi

Avropalı deputat Ursula fon der Lyayeni məhkəməyə verdi

Hazırda oxunan: Avropalı deputat Ursula fon der Lyayeni məhkəməyə verdi

589440

Avropa Parlamentinin (AP) deputatı, Almaniyanın "BSW" partiyasının həmsədri Fabio De Mazi Avropa Komissiyasının sədri Ursula fon der Lyayendən müdafiə sənayesi konsernləri ilə təmaslar barədə məlumatların açıqlanmasını tələb edir. O, Avropa Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.

Bizim.Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
 

De Mazi iddia ərizəsində Avropa Parlamentinin Avropa Komissiyasının fəaliyyətinə nəzarəti həyata keçirmək məqsədilə məlumat almaq hüququna əsaslanır. Onun fikrincə, fon der Lyayen AP-nin sorğularına cavab vermək öhdəliyini pozub, çünki o, Avropa Parlamenti deputatı kimi De Maziyə müdafiə şirkətləri ilə təmaslar barədə tam məlumat təqdim etməyib.


De Mazi 2025-ci ilin mart ayında Avropa Komissiyasının sədrindən 2024-cü ilin ortalarından etibarən silah istehsalçıları ilə olan bütün təmaslar (görüşlər, telefon danışıqları, videokonfranslar və elektron yazışmalar daxil olmaqla) barədə məlumat tələb edib.

Onun sözlərinə görə, 2025-ci ilin oktyabrında fon der Lyayendən alınan cavab gecikmiş və son dərəcə ümumi xarakter daşıyıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO