Çində buzdan şəhər inşa edildi - FOTO/VİDEO

Çində buzdan şəhər inşa edildi - FOTO/VİDEO

Hazırda oxunan: Çində buzdan şəhər inşa edildi - FOTO/VİDEO

589418

Çinin Harbin şəhərində heyrətamiz gözəlliyə malik buzdan şəhər inşa edilib.

Bizim.Media xəbər verir ki, şəhərdə hər il keçirilən Harbin Ice and Snow World festivalına start verilib. Bu il buzdan hazırlanan qalalar, heykəllər, konkisürmə meydançaları və sürüşkələr ümumilikdə 600 min kvadratmetr ərazini əhatə edir.
 

Festivalın mərkəzi fiqurlarından biri 24 metr hündürlüyündə “Cənab Qar Adamı” olub. Ustalar bu nəhəng fiquru dörd gün ərzində hazırlayıb və onun üçün 5000 kubmetr qar sərf ediblər.


Qeyd edək ki, Harbində buz və qar festivalı 1985-ci ildən keçirilir. Əvvəllər sadə buz fənərləri şousu kimi başlayan tədbir bu gün dünyanın ən böyük qar və buz festivallarından birinə çevrilib və hər il milyonlarla turisti cəlb edir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO