Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Simane prefekturasında qeydə alınan yeraltı təkanların episentri Yerin 10 kilometr dərinliyində yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra ləğv edilib.
Bizim.Media


































































































