Məşhur italiyalı mütəxəssis Fabio Kapello meydanda gördüyü ən yaxşı futbolçuların adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, təcrübəli məşqçi yalnız üç futbolçunu fərqləndirib: Pele, Dieqo Maradona və Lionel Messi.
"Marca"nın məlumatına görə, Kapello seçimini belə izah edib:
"Bu üç futbolçuda xüsusi bir şey var idi. Onlar futbol dahisidirlər, çünki ağlınıza belə gəlməyən, təsəvvür etmədiyiniz şeyləri meydanda edirdilər".
Kapellonun karyerası ərzində 5 dəfə "Qızıl top" qazanan portuqaliyalı ulduz Kriştiano Ronaldonu bu siyahıya daxil etməməsi diqqət çəkib.
İtalyalı mütəxəssisin adını çəkdiyi Lionel Messinin kolleksiyasında isə 8 "Qızıl top" mükafatı var.
Bizim.Media


































































































