Tramp Venesuelanın yeni qadın rəhbərini HƏDƏLƏDİ

Tramp Venesuelanın yeni qadın rəhbərini HƏDƏLƏDİ

Hazırda oxunan: Tramp Venesuelanın yeni qadın rəhbərini HƏDƏLƏDİ

588965

ABŞ prezidenti Donald Tramp Venesuelanın yeni rəhbəri Delsi Rodrigezin “səhv addım” atacağı təqdirdə onun üçün nəticələrin Nikolas Maduroya tətbiq edilən tədbirlərdən daha sərt ola biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Atlantic" məlumat yayıb.
 

Trampın sözlərinə görə, Vaşinqton Venesueladakı prosesləri diqqətlə izləyir və ölkənin yeni rəhbərliyinin addımlarına sərt reaksiya verə bilər.


Qeyd edək ki, Delsi Rodrigez Venesuelada müvəqqəti olaraq dövlət başçısının səlahiyyətlərini icra etməyə başlayıb.

O, ilk çıxışında Venesuelanın heç vaxt kiminsə müstəmləkəsi olmayacağını bəyan edib, Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə azad edilməsini tələb edib və məhz Maduronu ölkənin legitim prezidenti hesab etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO