Putin və Çin lideri Pekində niyə bir-birinin əlini sıxmayıb?

Putin və Çin lideri Pekində niyə bir-birinin əlini sıxmayıb?

Hazırda oxunan: Putin və Çin lideri Pekində niyə bir-birinin əlini sıxmayıb?

58879

Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Szinpinin koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyətlə əlaqədar Pekində keçirilən görüşdə bir-birinin əlini sıxmayıblar.

Bizim.Media “gazeta.ru” saytına istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidentinin Protokol rəhbəri Vladislav Kitayev səsləndirib.

“Çinli həmkarlarımız bizdən əl sıxmamağımızı istədilər. Biz bunda pis heç bir şey görmədik. Və bununla razılaşdıq. Prezident bilirdi ki, ÇXR sədrinə əl uzatmağa ehtiyac yoxdur”. O, “Moskva. Kreml. Putin” proqramına müsahibəsi zamanı belə deyib.

Dövlət başçılarının görüşü fevralın 4-də baş tutub. Söhbətin nəticəsi olaraq Putin və Si Szinpin birgə bəyanat yayıblar.

Siyasətçilər bütün dövlətləri dialoqu və qarşılıqlı rifahı gücləndirməyə, ümumbəşəri dəyərləri qorumağa, xalqların öz ölkələrinin inkişaf yolunu müstəqil seçmək hüquqlarına hörmət etməyə çağırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO