Ancelina Coli Qəzzaya yardıma getdi – FOTO/VİDEO

Ancelina Coli Qəzzaya yardıma getdi – FOTO/VİDEO

Hazırda oxunan: Ancelina Coli Qəzzaya yardıma getdi – FOTO/VİDEO

588703

Dünyaca məşhur Hollivud aktrisası Ancelina Coli Qəzzadakı humanitar böhrana diqqət çəkmək üçün Rəfah sərhəd keçid məntəqəsinə baş çəkib. Aktrisa bölgəyə təcili və daha əhatəli yardım göstərilməsini istəyib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsinə səfəri zamanı Şimali Sinay qubernatoru Xalid Mücəvir və Misirin keçmiş immiqrasiya üzrə dövlət naziri Nəbilə Məkrəm ilə birlikdə olub.
 

Burada humanitar yardım işçiləri ilə görüşən Coli, Qəzza zolağına yardım çatdırılması üçün göstərilən səyləri yüksək qiymətləndirib. Qəzzadakı ailələrin ciddi humanitar böhranla üzləşdiyini vurğulayan Coli, Qəzza zolağına mümkün qədər tez daha çox yardımın çatdırılmasının vacibliyini bildirib.


Bundan başqa aktrisa Misir tərəfindən qəbul edilən yaralı və xəstə fələstinlilərin vəziyyətini görmək üçün Əl-Əriş Xəstəxanasına gedəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO