Hollivud aktyorunun daha bir övladı dünyaya gəldi

Hollivud aktyorunun daha bir övladı dünyaya gəldi

Hazırda oxunan: Hollivud aktyorunun daha bir övladı dünyaya gəldi

58867

Hollivudun məşhur aktyoru Jason Stethem və Rozi Huntington-Uaytlinin qızı anadan olub.

Bizim.Media “Legion-Media” nəşrinə istinadən xəbər verir ki, bu, ailənin ikinci övladıdır.

Jason Stethem 10 ildir ki, Rozi Hantinqton-Uaytli ilə evlidir. İlk övladları Cek Oskar adlı oğlandır, indi Rozi bir qız dünyaya gətirib.

Bu haqda DailyMail nəşrinə ailə üzvlərindən biri deyib, lakin valideynlər daha sonra rəsmi açıqlama verməyi planlaşdırırlar.

Hamiləliyin özü heç kimə sirr olmayıb.  Rozi bu barədə avqustun sonunda İnstaqramda foto göstərərək danışıb. Jason şəxsi mövzuları əsasən paylaşmır.

Cütlüyün ilk övladı 2017-ci ildə toydan bir il sonra dünyaya gəlib. Onlar toydan 6 il əvvəl - 2010-cu ildə tanış olublar.

Stethem bir neçə dəfə əkizləri olmasını söyləyib, lakin bu, hələ onlara qismət olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO