Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Hazırda oxunan: Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

588447

Bir dövrə damğa vuran Türk kino və teatrının tanınmış simaları, ya sağlamlıq problemləri, ya da şəxsi seçimləri səbəbindən həyatlarını qocalar evində davam etdirirlər. 

Bizim.Media “NTV”yə istinadən həmin məşhur simaları təqdim edir:

Zihni Göktay


Türk teatrının ustad simalarından olan Zihni Göktay da qısa müddət əvvəl qocalar evinə köçüb. 79 yaşlı sənətçi bir neçə ay öncə Feneryolu məhəlləsindəki evinin şəhərsalma yenilənməsi (kentsel dönüşüm) planına daxil olduğunu, qızı Zeynəblə birlikdə verdikləri qərar nəticəsində müvəqqəti olaraq qocalar evində məskunlaşdığını bildirib. Teatrdan uzaqlaşmayan Göktay açıqlamasında deyib:

“Qızım mənimlə maraqlanmaq istədi, amma mən bunu istəmədim. İnsan yükü ağırdır. Ev ev üstünə olmaz. Qocalar evində xoşbəxtəm.”

Tuluğ Çizgən


“Ruhsar” və “Ayrılsak da Beraberiz” kimi bir çox məşhur layihədə rol alan Tuluğ Çizgən də bir müddətdir qocalar evində yaşayır. 77 yaşlı ustad aktyor Alzheimer xəstəliyi ilə mübarizə aparır.

Sevtap Parman


1980-ci illərə damğa vuran bir çox məşhur sima ilə kamera qarşısına keçən Sevtap Parman da qısa müddət əvvəl Alzheimer xəstəliyinə tutulub və baxım evinə yerləşdirilib.

Necati Bilgiç


“Yeşilçam”ın zəhmətkeş aktyorlarından olan Necati Bilgiç “Arabesk”, “Bıçkın”, “Davacı”, “Milyarder”, “Karanfilli Naciye”, “Çiçek Taksi” kimi bir çox layihədə rol alıb. Son olaraq Ata Demirerin “Berlin Kaplanı” filmində çəkilən Bilgiç bir müddətdir qocalar evində yaşayır.

Sevgi Can Danlı


1968-ci ildə Türkiyə Gözəli seçilən Sevgi Can Danlı daha sonra kino sahəsində şöhrət qazanıb. Yılmaz Güney ilə iki filmdə baş rolda çıxış edən və bir çox layihədə yer alan Danlı illər keçdikcə sektordan uzaqlaşıb. Genetik xəstəlik olan Hantinqton səbəbindən bədən funksiyalarını itirən və təkbaşına həyatını davam etdirə bilməyən Danlı hazırda Darülacezədə yaşayır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO