Tramp Zelenskini “cəsur lider” adlandıran Kelloqu TƏHQİR ETDİ – Ağ Evdə QALMAQAL

Tramp Zelenskini “cəsur lider” adlandıran Kelloqu TƏHQİR ETDİ – Ağ Evdə QALMAQAL

Hazırda oxunan: Tramp Zelenskini “cəsur lider” adlandıran Kelloqu TƏHQİR ETDİ – Ağ Evdə QALMAQAL

588341

ABŞ prezidentinin Ukrayna danışıqları üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə münasibətdə kəskin fikir kəskin fikir ayrılıqları fonunda daxili qarşıdurmanın mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times nəşrinin araşdırmasında qeyd olunub.

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Kelloq Avropa və Ukrayna liderləri ilə görüşüb. Görüşlərdə transatlantik tərəfdaşlığın gələcəyi ilə bağlı narahatlıqlar ifadə olunub.

“Bizim hələ də alyansımız varmı?” — Polşanın baş nazirinin müavini Radoslav Sikorski Kelloqa sual ünvanlayıb.

Kelloq müttəfiqləri sakitləşdirməyə çalışaraq özünü Aİ və Ukraynanın ən yaxşı dostu adlandırıb.
 

Müdafiə naziri Pit Heqsetin tərəfdarları Vaşinqtona göndərdikləri şəxsi mesajlarda Kelloqu Ağ Evdəki izolyasionistlərə qarşı “xətti saxladığına” görə tənqid ediblər. Bu da onun administrasiya daxilində autsayder kimi reputasiyasını daha da möhkəmləndirib.


“Fox News”un reportajı isə qarşıdurmanı daha da gərginləşdirib. Reportajda Kelloqun Ukrayna prezidenti Volodimir Zelenski barədə səsləndirdiyi — “müharibə vəziyyətində olan bir millətin israrlı və cəsur lideri” — fikirləri Trampın Zelenskini daha əvvəl “seçkisiz diktator” adlandırması ilə müqayisə edilib.

Daha sonra Oval kabinetdə keçirilən görüşdə Tramp Kelloqun mövqeyinə sərt reaksiya verib.
“Yəni siz Zelenskini cəsur adlandırırsınız?” — deyə prezident soruşub.
 

“Bəli, cənab prezident. Bu, onun xalqının yaşaması uğrunda ekzistensial mübarizədir. Amerika prezidenti sonuncu dəfə nə vaxt belə bir durumla üzləşib? Avraam Linkoln dövründə”, — Kelloq cavab verib.


Nəşrin mənbələrinin bildirdiyinə görə, Tramp bu epizodu digər müşavirlərə danışarkən Kelloqu “axmaq” adlandırıb.

Buna baxmayaraq, Kelloq Trampın Ukraynanın zəifliyi və Rusiyanın məğlubedilməzliyi ilə bağlı əsas tezisini açıq şəkildə təkzib edib. Prezident Ukraynanın istənilən halda ərazilərini itirəcəyini təkrarlayanda, xüsusi nümayəndə onun sözünü kəsərək bildirib:

“Cənab prezident, bu cəfəngiyyatdır. Ruslar məğlubedilməz deyillər.”

Kelloqun bu fikirlərini Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Keyn də dəstəkləyib. O, Rusiya qoşunlarını zəif və qeyri-peşəkar adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO