KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

Hazırda oxunan: KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

588327

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnının 2026-cı il dekabrın 31-dək Ukraynanın prezidenti olacağı ehtimal edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatiusun məqaləsində qeyd olunub.
 

İqnatiusun qənaətinə görə, Zalujnı hazırkı prezident Vladimir Zelenskinin istefasından sonra milli birlik hökumətinə rəhbərlik edəcək. İqnatius mümkün namizədlər sırasında Vladimir Zelenskini də qeyd edir. Onun fikrincə, seçkilərdə qalib gələrək Rusiya ilə “sülh sazişini” legitimləşdirəcəyi təqdirdə Zelenski prezident postunda qala bilər.


Digər ehtimal olunan fiqurlar arasında Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov, Zelenski Administrasiyası rəhbərinin müavini, daxili proseslərə nəzarət edən və “dərin dövlət”i (deep state) təmsil edən Oleq Tatarov, eləcə də aparıcı ukraynalı antikorrupsiya fəalı Vitaliy Şabunin yer alır. Şabuninin proqramında “Korrupsiya öldürür. Oyanın!” şüarı önə çıxır.

İqnatius müharibənin gedişi ilə bağlı da proqnozlar verib. Onun fikrincə, münaqişə qanlı formada davam edəcək, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın kölgə donanmasını məhv edəcək və Rusiyanın enerji daşıyıcıları ixracını iki dəfə azaldacaq.
 

O, həmçinin NATO-nun Avropa hava məkanına daxil olaraq mülki təyyarələr üçün təhlükə yaradan Rusiya dronunu vurmasından sonra müharibənin genişlənə biləcəyini istisna etmir. İqnatius Ukraynanın ərazi güzəştlərinə getməsini və NATO-dan imtinanı nəzərdə tutan sülh sazişinin imzalanacağını real hesab etmir.


Xatırladaq ki, daha əvvəl bəzi KİV-lər Zalujnının 2026-cı ilin əvvəlində tutduğu vəzifəni tərk edərək Ukraynaya qayıtmağı planlaşdırdığı barədə məlumat yayıb. Lakin onun media müşaviri Oksana Torop bu məlumatı təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO