Dünyada koronavirusa yoluxma hallarının sayı 390 milyonu ötüb 

Dünyada koronavirusa yoluxma hallarının sayı 390 milyonu ötüb 

Hazırda oxunan: Dünyada koronavirusa yoluxma hallarının sayı 390 milyonu ötüb 

58788

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 390 milyon nəfəri ötüb. 

Bizim.Media pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, fevralın 4-də koronavirusa 2 milyon 938 min 249 yoluxma faktı aşkarlanıb.  

Bununla da yoluxanların ümumi sayı 391 milyon 315 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 743 min nəfərə, sağalanların sayı 310 milyon 202 min nəfərə çatıb. 

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 77 milyon 496 mindən çox insan yoluxub, onlardan 924 min 530 nəfəri həyatını itirib, 47 milyon 573 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 42 milyon 80 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 501 min 143 nəfər vəfat edib, sağalanların sayı 40 milyon 247 min nəfərə çatıb.

Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 26 milyon 319 min nəfər virusa yoluxub, onlardan 631 min 69 nəfəri ölüb, 22 milyon 617 min nəfəri sağalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO