Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Mayamiya gedib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Görüş çərçivəsində Zelenski əsas beş mövzunu müzakirə etməyi planlaşdırır:
Ukrayna – ABŞ təhlükəsizlik zəmanətləri
Zelenski ABŞ tərəfdən Ukraynaya qarşı potensial təhlükələrə qarşı etibarlı zəmanətlərin verilməsini prioritet hesab edir.
Ukrayna – Avropa təhlükəsizlik zəmanətləri
Avropa tərəfdən də ölkənin təhlükəsizliyinin təmin olunması və hərbi dəstəyin koordinasiyası müzakirə olunacaq.
Hərbi komponent
Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi, müdafiə sistemlərinin gücləndirilməsi və potensial hücumlara hazırlıq məsələləri gündəmdədir.
Ukraynanın rifah və bərpa planı
Zelenski ölkənin iqtisadi və sosial bərpası, infrastrukturların yenidən qurulması və beynəlxalq dəstəyin təmin olunmasını əsas prioritetlərdən biri kimi göstərir.
Gələcək addımlar planı
Ukrayna və ABŞ arasında strateji əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı fəaliyyət planlarının hazırlanması da görüşün əsas mövzularındandır.
Görüşün məqsədi həm təhlükəsizlik zəmanətlərini gücləndirmək, həm də Ukraynanın bərpa və inkişaf planlarına beynəlxalq dəstək təmin etməkdir.
Zelenskinin Trampla görüşü Kiyev vaxtı ilə saat 20:00-da baş tutacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:27 / 28.12.2025
Ukrayna üçün TARİXİ GÜN: Zelenski Trampla görüş üçün Mayamiya getdi - VİDEO
Hazırda oxunan: Ukrayna üçün TARİXİ GÜN: Zelenski Trampla görüş üçün Mayamiya getdi - VİDEO
Hazırda oxunan: Ukrayna üçün TARİXİ GÜN: Zelenski Trampla görüş üçün Mayamiya getdi - VİDEO
587838
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































