Ukraynanın dron hücumu Rusiyanın Kursk regionunda enerji infrastrukturunda problemlərə səbəb olub.
Bizim.Media xəbər verir ki, zərbə nəticəsində bölgədəki iri yarımstansiyada güclü yanğın baş verib.
Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn Ukrayna pilotsuz təyyarəsinin Kursk vilayətindəki enerji infrastrukturu obyektinə hücumunu təsdiqləyib: "Bu axşam düşmən pilotsuz təyyarəsi Kursk vilayətindəki enerji infrastrukturu obyektinə hücum edib. Təxminən 5000 istehlakçı elektriksiz qalıb".
Xinşteyn qeyd edib ki, təcili yardım briqadaları tezliklə bərpa işlərinə başlayacaqlar.
Rusiyanın Volqoqrad vilayətində də elektrik yarımstansiyasının dağıdıldığı bildirilir.
Bizim.Media




































































































