Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO

Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO

Hazırda oxunan: Sidneydə silahlı şəxsi zərərsizləşdirən suriyalı üçün 1,5 milyon dollar toplandı – FOTO/VİDEO

586083

Avstraliyanın Sidney şəhərində “Bondi Beach”də baş verən silahlı hücum zamanı silahlılardan birini zərərsizləşdirən Suriya əsilli Avstraliya vətəndaşı Əhməd əl-Əhməd üçün ianə kampaniyasında təxminən 1,5 milyon ABŞ dolları toplanıb. Kampaniyaya 40 mindən çox insan dəstək verib.
 

MÖVZU İLƏ BAĞLI: 

Sidneydə atəş açan şəxsi müsəlman zərərsizləşdirdi - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə scmp.com saytı yazıb.

Yəhudi icmasının Hanuka mərasimi zamanı baş verən hücumda 15 nəfər həlak olub.

Hadisə zamanı əl-Əhməd silahlını yıxaraq silahını əlindən alıb, özü isə bir neçə güllə yarası alıb və xəstəxanada müalicə olunur.

Avstraliyanın baş naziri Entoni Albanizi onu “ölkənin qəhrəmanı” adlandırıb. Əhməd əl-Əhmədin cəsarəti ölkə daxilində və beynəlxalq səviyyədə geniş rəğbət qazanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO