Avropa İttifaqı Rusiyadan neft-qaz idxalını davam etdirir - Lyayendən ETİRAF

Avropa İttifaqı Rusiyadan neft-qaz idxalını davam etdirir - Lyayendən ETİRAF

Hazırda oxunan: Avropa İttifaqı Rusiyadan neft-qaz idxalını davam etdirir - Lyayendən ETİRAF

586051

Avropa İttifaqı (Aİ) son illərdəki bütün səylərinə baxmayaraq, Rusiyadan 13 faizə qədər qaz və 2 faizədək neft almaqda davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində bildirib və “Rusiyadan enerji idxalına həmişəlik son qoyulmasının” tələb etdiklərini vurğulayıb.
 

Onun sözlərinə görə, Aİ ölkələrinə Rusiya qazının idxalı müharibədən əvvəlki 45 faizdən hazırda 13 faizə, neft idxalı isə 26 faizdən 2 faizə düşüb. “Aİ yeni bir eraya - Rusiyadan enerji müstəqilliyi dövrünə yaxınlaşır. Bu dövr qarşısıalınmaz olmalıdır”, - deyə Ursula fon der Lyayen qeyd edib.


Xatırladaq ki, Aİ 2022-ci il dekabrın 5-dən etibarən, Macarıstan və Slovakiya istisna olmaqla, Rusiya neftinin üzv dövlətlərə idxalını qadağan edib.

Bu ilin dekabrında isə Aİ ölkələrinə Rusiyadan istənilən növ qaz almağı qadağan edən qətnamə qəbul olunub. Qətnamə 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO