Zaxarova Lukaşenkonun sözlərini TƏKRARLADI: "Rusiya yatan ayıdır"

Zaxarova Lukaşenkonun sözlərini TƏKRARLADI: "Rusiya yatan ayıdır"

Hazırda oxunan: Zaxarova Lukaşenkonun sözlərini TƏKRARLADI: "Rusiya yatan ayıdır"

586025

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, “yatan ayı” ilə eyni ərazidə olan hər kəs özünə sual verməlidir: necə oldu ki, bu vəziyyətə düşdü.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Zaxarova bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya ünvanladığı xəbərdarlığı şərh edərkən səsləndirib.

Lukaşenko Ukraynanı Rusiyanı, yəni “yatan ayını” oyatmaqdan çəkinməyə və onunla “normal münasibətlər” qurmağa çağırmışdı.
 

Rusiya rəsmisinin sözlərinə görə, bu xəbərdarlıq təkcə Ukrayna üçün deyil, həm də regiondakı digər dövlətlər üçün diqqətverici mesajdır. Zaxarova vurğulayıb ki, hər bir ölkə Rusiyanın potensialını və gücünü nəzərə almalı, onunla qarşılıqlı münasibətləri düzgün şəkildə tənzimləməlidir.


Bu şərh həmçinin Rusiya tərəfindən verilmiş diplomatik siqnal kimi qiymətləndirilir: “yatan ayını” oyatmaq ehtiyatlılıq tələb edir və regionda stabilliyi pozacaq addımlar atılmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO