İtaliyanın baş naziri Corcia Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə auksiona çıxarır.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, təxminən 270 əşyadan ibarət siyahıda ABŞ-ın keçmiş prezidenti Co Baydendən alınmış keramik fincandan tutmuş Albaniyanın baş naziri Edi Ramanın ad günü münasibətilə hədiyyə etdiyi şərfə qədər müxtəlif hədiyyələr yer alır.
Hədiyyələrin ümumi dəyəri təxminən 800 min avro qiymətləndirilir.
Meloni xarici səfərləri zamanı təqdim edilən hədiyyələri Romada yerləşən Bertolami Fine Art auksion evi vasitəsilə satışa çıxarmağı planlaşdırır. Auksionda ümumilikdə 270-ə yaxın əşya təqdim olunacaq, lakin lotların tam siyahısı hələlik açıqlanmayıb.
Siyahıda hansı hədiyyələr var?
İtaliya mətbuatının məlumatına görə, satışa çıxarılacaq hədiyyələr arasında aşağıdakılar da var:
- Albaniyanın baş naziri Edi Ramanın Corca Meloninin 46-cı ad günü münasibətilə hədiyyə etdiyi şərf;
- Hindistanın baş naziri Narendra Modi tərəfindən təqdim olunan ənənəvi Kerala geyimi;
- Slovakiya prezidenti Peter Pelleqrinidən zinət əşyaları üçün qutu;
- Macarıstanın baş naziri Viktor Orbandan farfor çay dəsti;
- ABŞ-ın keçmiş prezidenti Co Baydendən keramika kasa;
- Ukrayna Prezidenti Volodimir Zelenskidən planşet;
- Liviya və ərəb ölkələrindən alınmış 15 xalça;
- Səudiyyə-İtaliya Biznes Şurasının direktoru Kamel əl-Munəccəddən piton dərisindən mavi ayaqqabılar;
- Argentina Prezidenti Xavyer Mileydən heykəl.
Hədiyyələr mühafizə altında saxlanılır
“İl Foglio” qəzetinin yazdığına görə, hədiyyələr hazırda baş nazirin ofisinin üçüncü mərtəbəsində yerləşən xüsusi anbarda kilid altında saxlanılır.
Xeyriyyə auksionunun keçirilmə tarixi hələlik açıqlanmayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:30 / 17.12.2025
Meloni dünya liderlərindən aldığı hədiyyələri satır – SİYAHI
Hazırda oxunan: Meloni dünya liderlərindən aldığı hədiyyələri satır – SİYAHI
Hazırda oxunan: Meloni dünya liderlərindən aldığı hədiyyələri satır – SİYAHI
585980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































