Qazaxıstanda sərnişin təyyarəsi HƏYƏCAN SİQNALI verdi - Salonda tüstülənmə

Qazaxıstanda sərnişin təyyarəsi HƏYƏCAN SİQNALI verdi - Salonda tüstülənmə

Hazırda oxunan: Qazaxıstanda sərnişin təyyarəsi HƏYƏCAN SİQNALI verdi - Salonda tüstülənmə

585958

Dekabrın 17-də yerli vaxtla saat 07:38-də Almatı–Astana marşrutu üzrə yerinə yetirilən KC-851 saylı müntəzəm sərnişin reysi zamanı “Air Astana” aviaşirkətinə məxsus Airbus A321N (EI-KDG) təyyarəsi həyəcan siqnalı verib.

Bizim.Media xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.
 

“Kazaeronavigatsiya”nın Hava Hərəkətinin Planlaşdırılması Mərkəzinin verdiyi məlumata görə, ekipaj təyyarənin salonunda tüstülənmə müşahidə edildiyi üçün MAYDAY – fövqəladə vəziyyət siqnalı elan edib.


İlkin məlumatlara əsasən, sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan yoxdur.

Təyyarə saat 07:40-da Almatı hava limanına uğurla eniş edib. Təhlükəsizliyin təmin olunması məqsədilə hava limanının yanğınsöndürmə və qəza-xilasetmə xidmətləri səfərbər edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO