Ukraynaya pilotsuz uçuş aparatlarının tədarükü üçün 700 milyon avro ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Ruben Brekelmans son yardım paketi ilə bağlı təfərrüatları X hesabında açıqlayıb.
“Son dəstəyimiz barədə məlumat verirəm: pilotsuz uçuş aparatları üçün 700 milyon avro və ABŞ silahları üçün 250 milyon avro. Ukraynanın danışıqlar mövqeyini gücləndirmək üçün hamımız səylərimizi artırmalıyıq”, — deyə o yazıb.
Nazirin sözlərinə görə, bu dəstək qərarı “diplomatik sahədə əhəmiyyətli irəliləyişlərə baxmayaraq” qəbul edilib:
“Çünki münaqişə hələ başa çatmayıb və Ukrayna bizim hərbi yardımımıza ehtiyac duyur”.
Bizim.Media



































































































