“Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində aparılan danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ-ın sülh planının ilkin versiyasında bəzi müddəalar artıq gündəmdə yoxdur:
“Donald Trampın komandası Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin ABŞ Konqresində təsdiqlənməsinə hazırdır”.
Prezident qeyd edib ki, məcburi köçkünlər məsələsi xüsusi əhəmiyyət daşıyır:
“Söhbət onların mənzil təminatı üçün təxminən 80 milyard dollar həcmində vəsaitdən gedir”.
Zelenskinin fikrincə, ABŞ müharibənin mümkün qədər tez başa çatmasını istəyir, lakin Ukrayna üçün əsas olan keyfiyyətdir:
Ukrayna “Milad atəşkəsi” ideyasını dəstəkləyir. Yaxın 1–2 gün ərzində öz təkliflərimizi yekunlaşdıracağıq. Bundan sonra amerikalılar Rusiya tərəfi ilə məsləhətləşmələr aparacaq, daha sonra isə Tramp ilə konsultasiyalar keçiriləcək.
Əgər atəşkəs əldə olunarsa, seçkilər keçiriləcək. Ukrayna buna hazırdır və onları 60–90 gün ərzində təşkil edə bilər”.
Dövlət başçısı referendum məsələsinin hələlik gündəmdə olmadığını deyib:
“Mürəkkəb sənəd — mürəkkəb qərarlar deməkdir. Biz çalışırıq ki, müharibə səbəbindən onsuz da çətin olan ukraynalıların həyatı əlavə qərarlarla daha da çətinləşməsin.
Əgər Rusiya Prezidenti Vladimir Putin sülh planı üzrə əldə olunan razılaşmaları rədd edərsə, bölgədə turbulentlik yaranacaq”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:32 / 16.12.2025
Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”
Hazırda oxunan: Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”
Hazırda oxunan: Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”
585759
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































