ABŞ-ın Sietl şəhəri yaxınılığındakı Kinq qraflığının sakinlərinə təxliyə göstərişi verilib.
Bizim.Media xəbər verir ki, yaşayış məntəqəsi yaxınlığındakı damba günlərdir yağan aramsız leysana davam gətirməyərək uçub.
Vəziyyət təhlükəli olduğu üçün 50 minədək sakin ərazidən təxliyə edilir.
Fəlakət zonasına xilasedicilər cəlb olunub.
Dambanın uçması “Boeing”in zavoduna da risk yaradıb.
Bizim.Media































































































