“Ukraynada nizamlanma indiyədək heç vaxt olmadığı qədər yaxındır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinq zamanı deyib.
“Ukraynadakı müharibə ilə bağlı Avropa liderləri ilə çox yaxşı söhbətimiz oldu. Görünür, işlər yaxşı gedir, amma biz bunu artıq xeyli vaxtdır deyirik”, — deyə ABŞ prezidenti bildirib.
Eyni zamanda, Tramp Ukrayna üzrə nizamlanma tərəflərinin danışıqlar prosesi zamanı mövqelərini dəyişməsindən şikayət edib.
Bizim.Media
































































































