Rusiyalı məşqçi rəqibinin qulağını DİŞLƏDİ

Rusiyalı məşqçi rəqibinin qulağını DİŞLƏDİ

Hazırda oxunan: Rusiyalı məşqçi rəqibinin qulağını DİŞLƏDİ

585668

2025-ci ildə Dubayda (BƏƏ) keçirilən boks üzrə dünya çempionatının finalında Rusiya təmsilçisi Vsevolod Şumkovun iştirakı ilə qalmaqallı hadisə baş verib.

Bizim.Media Sports.kz-a istinadən xəbər verir ki, Özbəkistandan olan olimpiya çempionu Abdumalik Xalokovla döyüş zamanı Şumkov rəqibinin qulağını dişləyib.
 

“Şumkov boks üzrə IBA dünya çempionatının finalında döyüş zamanı Xalokovun qulağını dişlədi. Bu, qaydaların açıq şəkildə pozulmasıdır və diskvalifikasiya ilə cəzalandırılmalıdır”, - deyə özbəkistanlı jurnalist Jalol Ahmedov “X” sosial şəbəkəsində yazıb.


Hadisəyə baxmayaraq, 60 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda keçirilən final qarşılaşması dayandırılmayıb.

Döyüşün yekununda hakimlərin bölünmüş qərarı ilə qələbə Rusiya boksçusu Vsevolod Şumkova verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO