Berlin danışıqlarında dönüş nöqtəsi: Zelenski hansı güzəştə hazırlaşır?

Berlin danışıqlarında dönüş nöqtəsi: Zelenski hansı güzəştə hazırlaşır?

Hazırda oxunan: Berlin danışıqlarında dönüş nöqtəsi: Zelenski hansı güzəştə hazırlaşır?

585580

Ukrayna Prezidenti Volodimir Zelenski 14 dekabrda Berlində ABŞ səfirləri ilə beş saat davam edən görüş zamanı Rusiya ilə müharibəni başa çatdırmaq müqabilində NATO-ya üzvlük hədəfindən imtina etməyi təklif edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 
 

ABŞ Prezidenti Donald Trampın səfiri Stiv Uitkoffun sözlərinə görə, Zelenski ilə görüşdə, həmçinin Cared Kuşnerin iştirakı ilə “əhəmiyyətli irəliləyiş” əldə olunub, lakin təfərrüatlar açıqlanmır. Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin bildirib ki, tərəflər sənəd layihələrini nəzərdən keçirirlər və Zelenski nəticələri danışıqlar başa çatdıqdan sonra şərh edəcək.


Reuters qeyd edir ki, Kiyevin NATO-ya üzvlükdən imtina etməsi Rusiyanın şərtlərindən biridir, lakin Ukrayna hələ də öz ərazilərini Moskva ilə bölüşməyə razı deyil. Əvəzində Kiyev ABŞ, Avropa ölkələri, eləcə də Kanada və Yaponiyadan hüquqi cəhətdən təhlükəsizlik zəmanətləri tələb edir.

Danışıqlarda Almaniya Kansleri Fridrix Merts iştirak edib, digər Avropa liderlərinin də Berlinə gəlməsi gözlənilir.

Almaniya Müdafiə Naziri Boris Pistorious ABŞ səfirlərinin ölkəyə gəlişini “yaxşı əlamət” adlandırıb, lakin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri ABŞ-ın aktiv iştirakı olmadan təsdiq edilə bilməz.

Eyni zamanda, Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ın əvvəllər Ukraynanın ərazi güzəştləri, NATO ambisiyalarından imtina və silahlı qüvvələrin məhdudlaşdırılmasını nəzərdə tutan təkliflərini düzəltməyə çalışır.

Avropa tərəfdaşları indiki danışıqları “kritik məqam” hesab edir və Ukraynanın Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri hesabına maliyyələşdirilməsini müzakirə edirlər.

Qeyd edək ki, danışıqlar bu gün də davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO