Sidneydə çimərlikdə baş verən atışmadan sonra üçüncü şəxs saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Sidney çimərliyindəki atışma ilə bağlı iki nəfər TUTULDU - VİDEO
Bizim.Media xəbər verir ki, bu barədə yerli 9News nəşri xəbər yayıb.
Bildirilir ki, saxlanılan şəxs atəş açanlardan biri hesab olunur. Reportyorun sözlərinə görə, həmin şəxs könüllü şəkildə hakimiyyət orqanlarına təslim olub.
Yeni Cənubi Uels ştatının polis komissarı Mel Lennyon mətbuat konfransında bildirib ki, atışma nəticəsində 12 nəfər həyatını itirib. Onlardan biri hücum edən şəxslərdən olub.
İlkin məlumatlara əsasən, xeyli sayda yaralı var. İkinci atıcı isə ağır vəziyyətdə xəstəxanadadır.
Komissar əlavə edib ki, polis ərazini mühasirəyə alıb və atışmanın baş verdiyi zonada tapılan əşyaların araşdırılmasına başlayıb.
Bizim.Media




































































































