Zelenski: “Mən prezident kreslosundan yapışmamışam”

Zelenski: “Mən prezident kreslosundan yapışmamışam”

Hazırda oxunan: Zelenski: “Mən prezident kreslosundan yapışmamışam”

585477

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, o, vəzifə kreslosundan yapışmayıb və əgər seçkilər keçirilərsə, istənilən ssenariyə hazır olmaq lazımdır.

Bizim.Media xəbər verir ki, Zelenski bu fikirləri “sülh planı” üzrə Uitkoff və Kuşnerlə görüş üçün Berlinə uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud sülh danışıqları uğursuz olacağı təqdirdə,  “başqa yol” tapılmalıdır:

“Sülh planı heç vaxt hamının xoşuna gələn bir sənəd olmayacaq. Şübhəsiz ki, kompromislər olacaq. Ukraynanın əsas istəyi NATO-ya üzvlük idi. Bu, real təhlükəsizlik zəmanətləri demək olardı, lakin Avropadakı tərəfdaşlar və ABŞ bunu dəstəkləməyib”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə hesab edir ki, Zelenskinin Ukraynada seçkilərdən danışması Vaşinqtonun təzyiqi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO