Ukraynada müharibəyə son qoyulması barədə razılaşmanın əldə olunmasına yönəlmiş növbəti danışıqlar raundu üçün ABŞ nümayəndə heyəti Berlinə gəlib.
Bizim.Media Associated Press agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Almaniyanın DPA informasiya agentliyinin fotoqrafı tərəfindən Berlinin mərkəzində görüntülənib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirmişdi ki, yaxın günlərdə Berlində Ukrayna, ABŞ və Avropa rəsmilərinin iştirakı ilə bir sıra görüşlər keçiriləcək.
“Ən vacibi isə mən prezident Trampın elçiləri ilə görüşəcəyəm. Bundan əlavə, Avropadakı tərəfdaşlarımız və bir çox liderlərlə müharibəyə son qoyulması üçün sülhün əsaslarını – siyasi razılaşmanı müzakirə edəcəyik”, – deyə Zelenski şənbə günü gecə xalqa müraciətində bildirib.
Bizim.Media


































































































