Bu ilin noyabrında ABŞ xüsusi təyinatlı qüvvələri Hind okeanında Çindən İrana doğru hərəkət edən bir gəmini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı hərbi təyinatlı yük ələ keçirilib, bundan sonra gəminin hərəkətinə icazə verilib.
Mənbələrin sözlərinə görə, bu cür “nadir” əməliyyatın məqsədi İslam Respublikasının hərbi arsenalını bərpa etməsinin qarşısını almaq olub.
Qeyd edilir ki, sonradan məhv edilən yük ikili təyinatlı komponentlərdən ibarət olub.
Sözügedən yüklərdən həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilərdi.
Bizim.Media






























































































