ABŞ səfiri: F-35 qırıcılarını almaq üçün Ankara S-400-dən imtina etməlidir - FOTO

ABŞ səfiri: F-35 qırıcılarını almaq üçün Ankara S-400-dən imtina etməlidir - FOTO

Hazırda oxunan: ABŞ səfiri: F-35 qırıcılarını almaq üçün Ankara S-400-dən imtina etməlidir - FOTO

584787

ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak Türkiyənin F-35 qırıcılarını əldə etməsi üçün tələb olunan şərti açıqlayıb.

Bizim.Media xəbər verir ki, Barrak “X” sosial şəbəkəsindəki səhifəsində bildirib ki, Ankara beşinci nəsil F-35 qırıcılarının tədarük proqramına yalnız Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi sisteminə sahiblikdən və onun istismarından imtina etdiyi halda qayıda bilər.

Bu tələb ABŞ qanunvericiliyində əks olunub.

Səfir paylaşımında qeyd edib ki, ABŞ Türkiyənin F-35 proqramına yenidən qoşulmaq istəyinə və S-400 sisteminə malik olmasına dair danışıqları davam etdirir.
 

O, əlavə edib: “Prezident Tramp və prezident Ərdoğanın pozitiv münasibətləri yeni əməkdaşlıq atmosferi yaradıb və bu məsələ ilə bağlı son on ildə apardığımız ən səmərəli danışıqlara gətirib çıxarıb.”


Barrak sonda belə deyib: “Ümid edirik ki, bu danışıqlar yaxın aylarda həm ABŞ-ın, həm də Türkiyənin təhlükəsizlik tələblərinə cavab verən irəliləyişlə nəticələnəcək.”


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO