ABŞ-dan Zelenskiyə sərt şərtlər - Dərhal razılıq tələb etdi

ABŞ-dan Zelenskiyə sərt şərtlər - Dərhal razılıq tələb etdi

Hazırda oxunan: ABŞ-dan Zelenskiyə sərt şərtlər - Dərhal razılıq tələb etdi

584597

ABŞ prezidenti Donald Trampın sülh planı çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenskidən ərazi və digər güzəştlərə tez bir zamanda razılıq verməsini tələb edərək ona təzyiqi artırır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Axios yayın.

Nəşrin məlumatına görə, Kiyev və Vaşinqton arasındakı danışıqlar iki əsas mövzu üzərində cəmlənib: Moskvanın bütün Donbasın — Rusiya qoşunlarının nəzarət etmədiyi rayonlar da daxil olmaqla — verilməsini tələb etməsi və Ukraynanın ABŞ-dan ciddi təhlükəsizlik təminatları istəyi.

 

Ukraynalı rəsmilər iddia edirlər ki, Vaşinqtonun mövqeyi Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşnerin Kremldə Vladimir Putinlə beş saatlıq görüşündən sonra sərtləşib. Mənbənin sözlərinə görə, sonrakı iki saatlıq telefon danışığında Kuşner və Uitkoff Zelenskidən birmənalı “bəli” almaq istəyib və Kiyevi Rusiyanın Donbası tam ələ keçirmək niyyətində olduğuna inandırmağa çalışıblar.


Bununla yanaşı, ukraynalı tərəf vurğulayır ki, yenilənmiş Amerika təklifi qismən telefon danışığından cəmi bir saat əvvəl təqdim edilib, halbuki Vaşinqton sənədlərin bir gün əvvəl göndərildiyini iddia edir. Axios-un məlumatına görə, yeni şərtlər ərazilərlə bağlı daha sərt tələbləri, Zaporoje AES üzərində nəzarət məsələsini ehtiva edir və təhlükəsizlik təminatları ilə bağlı isə aydın cavab vermirdi.

Ukraynalı rəsmilərin qeyd etdiyinə görə, ABŞ Zelenskidən əsas məsələlərin detallı şəkildə işlənməsini gözləmədən razılıq istəyir. Qoşunları kimin geri çəkməli olduğu, Rusiyanın döyüşləri yenidən başlatmasının necə qarşısının alınacağı və hansı nəzarət mexanizmlərinin tətbiq olunacağı kimi məsələlər isə hələlik qeyri-müəyyən qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO