Türkiyədə mərc qalmaqalı: 20 nəfər həbs edildi – ADLAR - VİDEO

Türkiyədə mərc qalmaqalı: 20 nəfər həbs edildi – ADLAR - VİDEO

Hazırda oxunan: Türkiyədə mərc qalmaqalı: 20 nəfər həbs edildi – ADLAR - VİDEO

584565

Türkiyə futbol dünyasında mərc ittihamları ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində aralarında hakim Zorbay Küçük, futbolçular Salih Malkoçoğlu və Tolqa Kalenderin də olduğu 19 şübhəli növbətçi məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, eyni iş üzrə “Fənərbaxça”dan Mert Hakan Yandaş, “Qalatasaray”dan Metehan Baltacı, “Adana Dəmirspor”un keçmiş prezidenti Murat Sancak və Alassane Ndao da daxil olmaqla, 20 nəfər həbs edilib.

İstintaq materiallarına əsasən, Mert Hakan Yandaşın “Fənərbaxça” matçları da daxil olmaqla, müxtəlif oyunlara mərc etdiyi, həmçinin, Ersen Dikmenə 4 milyon 453 min 62 lirə pul köçürdüyü müəyyən olunub.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada bir sıra futbol hakimləri, oyunçular və klub rəsmilərinin də mərc fəaliyyətlərinə qarışdığı iddia olunur.

Prokurorluq ifadəsindən sonra Zorbay Küçük, Abdulsamet Burak, Cengiz Demir, Erhan Çelenk, İsmail Kalburcu, Salih Malkoçoğlu, Samet Karabatak, Tolga Kalender, Uğur Kaan Yıldız, Gamze Neli Kaya və digər şübhəlilər növbətçi məhkəmə tərəfindən “imza atmaq” kimi nəzarət tədbirləri ilə sərbəst buraxılıb.

Türkiyə mətbuatının məlumatına görə, istintaq zamanı aşağıdakı şəxslər həbs olunub:

Emrah Çelik, Yunus Emre Tekoğul, Metehan Baltacı, İzzet Furkan Malak, Bartu Kaya, Murat Sancak, Orkun Özdemir, Kadir Kaan Yurdakul, Faruk Can Genç, Alassane Ndao, Mert Hakan Yandaş, Ersen Dikmen, Kerem Yusuf Sirkeci, Emircan Çiçək, Ahmet Okatan, Gürhan Sünmez, Mehmet Emin Katipoğlu, Volkan Erten, Şahin Kaya, Ümit Kaya.

İstanbul Baş Prokurorluğu idman şərhçisi Ahmet Çakar haqqında çıxarılan gözaltı qərarının səhhətindəki problemlər səbəbilə ləğv edildiyini açıqlayıb. O, hazırda müalicəsini davam etdirir və zəruri olduqda məhkəməyə gətiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO