“ABŞ artıq Ukraynaya pul xərcləmir, yalnız münaqişənin həlli üçün vaxt sərf edir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp əlavə edib ki, ABŞ NATO-ya silahları tam dəyəri ilə satır və avadanlığın böyük hissəsi Ukraynaya gedir:
“Bayden Ukraynaya 350 milyard dollar ayırdı. Bilirsiniz, mən onlara nə verdim? Heç nə. Yalnız onlara “Javelin”lər verdim”.
Tramp həmçinin bildirib ki, Avropa “çox pis istiqamətə doğru gedir” və çox ehtiyatlı olmalıdır.
Bizim.Media

































































































