“Ukraynaya ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri Konqres tərəfindən təsdiqlənməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukrayna prezidenti qeyd edib ki, 2025-ci ildə ABŞ-da PURL proqramı üzrə silah alışı üzrə defisit 100 milyon ABŞ dollarına endirilib, 2026-cı il üçün isə 15 milyard dollar tələb olunur.
“Amerikalılar Ukraynaya silah tədarükünü davam etdirəcəklər. Onlar bununla pul qazanırlar və bu, onların müasir siyasətinə uyğundur”, – Zelenski deyib.
Bizim.Media
































































































