ABŞ Vaşinqton və Tehran arasında razılaşdırılmış tədbirlər çərçivəsində daha təxminən 50 İran vətəndaşını deportasiya edib.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Times İran rəsmilərinə istinadən məlumat yayıb.
Belə ki, deportasiya olunanları daşıyan təyyarə Arizona ştatındakı hava limanından havaya qalxıb. Layner Misir və Küveytdə ara enişləri etməlidir.
Bu, cari ildə ikinci belə reysdir. Birincisi, təxminən 100 iranlının olduğu uçuş, ABŞ-dan sentyabr ayında həyata keçirilmişdi.
Nəşr dəqiqləşdirir ki, təyyarədə yalnız İran vətəndaşları deyil, həmçinin Rusiya və bir sıra ərəb ölkələrindən olan şəxslər də var. Onlar Qahirədəki dayanacaq zamanı təyyarəni tərk edəcəklər.
NYT-nin məlumatına görə, hazırda ABŞ-dan deportasiya olunmağı gözləyən İran vətəndaşlarının sayı təxminən iki min nəfərdir.
Bizim.Media
































































































