İranda qadın siyasi məhbus sürgünlə hədələndi 

İranda qadın siyasi məhbus sürgünlə hədələndi 

Hazırda oxunan: İranda qadın siyasi məhbus sürgünlə hədələndi 

0:00
0:00
58423

İranda qadın siyasi məhbus yenidən cinayət işi və sürgünlə hədələnib. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, siyasi məhbus və məcburi hicabın əleyhdarlarından biri, 23 may 2020-ci ildən bəri 5 il həbs cəzasını çəkməkdə olan Suheyla Hecab Kermanşah zindanında yeməklərin keyfiyyətsiz ollmasına etiraz etdikdən sonra yenidən haqqında cinayət işi açılması və sürgünə göndərilməsi ilə təhdid edilib.  

Məlumatda bildirilib ki, sözügedən zindanın qadınlar bölümündə cəza çəkən məhbuslar qidaların keyfiyyətsizliyinə etiraz olaraq yanvarın 31-də yemək payı almaqdan imtina ediblər.  
Etirazlar zamanı Suheyla Hecab zindan nəzarətçilərinin rəisi tərəfindən döyülüb və haqqında növbəti cinayət işi açılması və başqa zindana köçürülməsi ilə təhdid olunub.

"HRANA" informasiya agentliyinin məlumatına görə, hadisədən sonra həbsxananın məsul şəxsləri Suheyla Hecaba qarşı "iğtişaşları qızışdırma" ittihamı irəli sürülüb və digər məhbuslar sözügedən sənədi imzalamamaları halında telefon danışığından və görüşlərdən məhrum ediləcəkləri ilə hədələniblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO