Xameneinin şəhid OYUNBAZLIĞI: Dini liderin bu hərəkəti qınanıldı - VİDEO

Xameneinin şəhid OYUNBAZLIĞI: Dini liderin bu hərəkəti qınanıldı - VİDEO

Hazırda oxunan: Xameneinin şəhid OYUNBAZLIĞI: Dini liderin bu hərəkəti qınanıldı - VİDEO

584068

İranın ali rəhbər aparatının rəsmi mətbu orqanı olan “İranın sədası” adlı internet qəzetində İsraillə 12 günlük münaqişə zamanı həlak olan mülki şəxslər barədə məlumatlar yazılıb və onların fotoları dərc edilib.

Bizim.Media xəbər verir ki, onların arasında şəhid olan Nilufər Qərivənd adlı qadının fotosu da var.

Qəzetin 159-cu sayı şəhid Nilüfər Qərivəndə həsr edilib. Qeyd edilib ki, qadın ailəsi ilə birgə İsrailin İsfahana endirdiyi raket zərbələri nəticəsində həlak olub.

Lakin diqqətçəkən məqam İranda fitnes məşqçisi kimi fəaliyyət göstərmiş qadının hicabsız geyimdə çəkilmiş fotolarının ölkənin ali dini lideri Xameneinin rəhbəri olduğu mətbu orqanda dərc edilməsi olub.

Qadının fotoları radikal dini birləşmələr tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar məcburi hicaba görə ölkədə edamların baş verdiyini xatırlayaraq bu cür geyimdə birinin qəzetdə göstərilməsi və ona şəhid statusunun verilməsinə görə Xameneini qınayıblar.

Daha ətraflı GunazTV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO