Tanınmış türkiyəli televiziya aparıcıları Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu jandarma qrupları tərəfindən saxlanılıblar.
Bizim.Media xəbər verir ki, onlar İstanbulda jandarma qrupları tərəfindən həyata keçirilən narkotik əməliyyatı çərçivəsində tutulublar.
Əməliyyat çərçivəsində Show TV Xəbər aparıcısı Ela Rümeysa Cebeci, Beyaz TV Ana Xəbər aparıcısı Hande Sarıoğlu və keçmiş Habertürk aparıcısı Meltem Acet saxlanılaraq jandarma tərəfindən nəzarətə götürülüb.
Saxlanılanların arasında başqa məşhur adların da olduğu bildirilib.
Məlumata görə, Ankarada saxlanılan Hande Sarıoğlu İstanbula aparılır.
Bizim.Media

























































































