“Kiyev üçün ən vacib məsələ münaqişənin həllinin ən yaxşı yolunun danışıqlar olduğunu dərk etməkdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “India Today” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, münaqişədə məqsəd qələbə qazanmaq deyil, öz maraqlarını və insanları qorumaqdır:
“Rusiya Qərbin Ukraynanın əli ilə ona qarşı başladığı müharibəni bitirmək istəyir. “Xüsusi Hərbi Əməliyyat” müharibənin başlanğıcı deyil, onu bitirmək cəhdidir. Moskva Ukraynadakı vəziyyəti səkkiz il ərzində dinc yolla həll etməyə çalışıb”.
Rusiya liderinin sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Uitkoffla görüşdə Rusiyanın G8-ə mümkün qayıdışı mövzusu müzakirə olunub:
“Rusiya qlobal cənub ölkələrinin iqtisadiyyatlarına və Rusiya iqtisadiyyatına investisiya üçün elektron hesablaşmalar üzərində yeni investisiya platforması yaratmağı təklif edir”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:44 / 04.12.2025
Putin: “Xüsusi Hərbi Əməliyyat müharibənin başlanğıcı deyil, bitirmək cəhdidir” - VİDEO
Hazırda oxunan: Putin: “Xüsusi Hərbi Əməliyyat müharibənin başlanğıcı deyil, bitirmək cəhdidir” - VİDEO
Hazırda oxunan: Putin: “Xüsusi Hərbi Əməliyyat müharibənin başlanğıcı deyil, bitirmək cəhdidir” - VİDEO
583897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































